Axtarışda olan 66 nəfər saxlanıb
21 Fevral 2022 10:22 KriminalRespublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 94 cinayətin üstü "isti izlər"lə açılmışdır. DİN-dən "Olaylar"a verilən mlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur. Axtarışda olduğuna görə ümumilikdə 66 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 56, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 106 nəfər saxlanılmışdır.