23 yaşlı gənc “PubG”-ə görə bıçaqlandı
21 Fevral 2022 10:14 KriminalGəncədə bıçaqlanma olub. Olaylar.az bildirir ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü İlkin Zülfüqarov 1999-cu il təvəllüdlü Rəvan Məmmədovu bıçaqlayıb. Qarın boşluğunun və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilən gənc dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov saytımıza açıqlamasında bildirib ki, hadisə "PubG" oyunu üstündə baş verib. Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31