Gəncədə yol polisi bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi verib.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Abdıyev Mürşüd sol qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstənin yarası tikilib, vəziyyətinin normal olduğu bildirilir. Qeyd edək ki, bıçaq xəsarəti alan şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşıdır.

Hadisə onun xidməti vaxtı baş verib.

Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31