Vətəndaşlardan odlu silah götürülüb
18 Fevral 2022 14:00 KriminalQanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir. DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 17-də qanunsuz saxlanılan 4 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 silah isə könüllü olaraq polisə təhvil verilib. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31