Sürücünü hədələyib pul tələb etdi
16 Fevral 2022 11:57 KriminalSabunçu RPİ-nin 14-cü Polis Bölməsinə fevralın 14-də Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əliyevin idarə etdiyi "Fiat" markalı avtomobildə sərnişin qismində olan 2 nəfərin onu bıçaqla hədələyərək 30 manatını quldurluq yolu ilə talamaları barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumatda bildirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən edilərək saxlanılıb.Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb. Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31