Qanunsuz miqrasiya ilə bağlı 10 nəfər axtarışdadır
15 Fevral 2022 12:07 KriminalHazırda qanunsuz miqrasiya ilə məşğul olmaqda təqsirləndirilən 7 nəfər istintaqa cəlb edilib."Olaylar" verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib. N.Əvəzovun sözlərinə görə, qeyd olunan cinayət işləri Baş Prokurorluğun İstintaq idarəsində araşdırılır: "Bu cür qanunsuz miqrasiyanı təşkili və saxta sənədlərlə vizaların rəsmləşdirilməsi faktı ilə bağlı cinayət işləri var. Bu işlər üzrə 7 nəfər barəsində cinayət işi başlanıb və 10 nəfər yaxın şəxs isə axtarışa verilib. Axtarışlar zaman müxtəlif dövlət qurumlarına aid 97 saxta möhür aşkarlanıb".
Onun sözlərinə görə, xarici ölkələrdən qaytarılan şəxslərin hər birinin dindirilməsi prokurorluq tərəfindən təmin edilib: "Onların dindirilməsi zamanı cinayət tərkibi olan zaman həmin şəxslərlə bağlı cinayət təbiqi aparılır".