Polisə silahla müqavimət göstərən şəxs məhv edilib
13 Fevral 2022 17:00 KriminalSəbail rayonu ərazisində qeyri-rəsmi münasibətdə olduğu qadını bıçaqladığına görə qadından 102 Zəng Mərkəzinə daxil olan çağırışa gələn polis əməkdaşlarına da bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçan şəxsin gizləndiyi yer müəyyən edilib.Onun saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Aydın Babayev polis əməkdaşlarına silahlı müqavimət göstərib. Buna görə də polis əməkdaşları tərəfindən silah tətbiq edilib və Aydın Babayev öldürülüb.Hadisə yerindən ona məxsus bir ədəd tapança aşkar edilərək götürülüb.Bu barədə öz feysbuk səhifəsində DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31