Müdafiə Nazirliyinin saxlanılan 4 hərbçisi barədə məhkəmə ilkin qərar verib
13 Fevral 2022 19:24 KriminalMüdafiə Nazirliyində əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs həbs edilib.
Olaylar.az bildirir ki, nazirliyinin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə saxlanılıblar.
Saxlanılanlar barəsində istintaq orqanının təqdimatına baxılıb.
Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqdimatlara hakim Elbəyi Allahverdiyev baxıb.
Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31