Bakıda ailəli qadın ölümlə hədələnir - AÇIQLAMA
11 Fevral 2022 10:15 KriminalBakı şəhərində qadın işgəncələrə məruz qaldığını bildirib. Bu barədə R.Qafarova adlı qadın sosial şəbəkədə paylaşım edib.O, əri tərəfindən döyülərək işgəncələrə məruz qaldığını və hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən izahatı alındığını bildirib:
"Amma hələ də heç bir tədbir görülmür. Üç övladım var və birinin sağlamlıq imkanları məhduddur. İşə gedə bilmirəm, ölümlə təhdid olunuram. Mən ölmək istəmirəm".Daxili İşlər Nazirliyindən bildirilib ki, Bakıda qadının əri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı araşdırma aparılır:
"Nazirlik yayılan məlumatdan xəbərdardır və araşdırma aparılır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31