Arvadını və qonşusunu güllələdi
9 Fevral 2022 12:29 KriminalYevlax sakini həyat yoldaşını və qonşusunu güllələyib. Yevlax rayon Prokurorluğundan "Olaylar"a verilən məlumata görə, hadisə rayonun Hacışelli kəndində baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Qarayev Mehdi Atakişi oğlu həyat yoldaşı, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qafar qızını ov tüfəngi ilə güllələyərək qətlə yetirib. Mehdi Qarayev daha sonra qonşusu, 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğluna da atəş açaraq onu yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib.Hadisəni törədən M.Qarayev saxlanılıb. Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31