İnternat məktəbini qarət edən şəxsdə heroin aşkar edilib
9 Fevral 2022 12:14 KriminalBakıda məktəbdə oğurluq olub. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən xəbərə görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Əmircan qəsəbəsindəki internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qiladov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31