Bakıda 15 yaşlı qız uşaq dünyaya gətirib, özü və körpəsi ölüb

Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb. Olaylar.az  "Report"a istinadən bildirir ki, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb. Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb. Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31