Azərbaycanlı icra başçısına 7 il 6 ay HƏBS, 8.6 milyon CƏRİMƏ VERİLDİ
7 Fevral 2022 11:29 KriminalDağıstanın Dərbənd rayonunun keçmiş başçısı Məhəmməd Cəlilov 7 il 6 ay azadlıqdan məhrum edilib.
Olaylar.az-ın məlumatına görə, bu barədə Moskva şəhər Preobrajenski rayon məhkəməsi qərar çıxarıb.
O, israfçılıqda və torpaq sahələrini mənimsəməkdə ittiham olunur. Bundan əlavə, Cəlilov 8.6 milyon rubl (təxminən 192 min manat) cərimə olunub.
Onunla cinayətdə iştirak edən Akif Balaxanova isə 3 il şərti cəza verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31