Bakıda avtomobili qaçıran şəxs tutuldu
5 Fevral 2022 12:57 KriminalBakıda avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yanvarın 7-də Beynəlxalq Avtovağzal Kompleksi ərazisindən Bakı şəhər sakini O.Məmmədova məxsus "VAZ-2104" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini K.Mikayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31