Bakıda 4 yaşlı qızın meyiti tapılıb
31 Yanvar 2022 15:29 KriminalBakıda 4 yaşlı qızın meyiti tapılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 31-i 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda qeyd edilən faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31