Prokurorluq Ucardakı intihar cəhdini araşdırır

Ucarın Qaradağlı kənd məktəbində şagirdin intihara cəhd etməsi fatkı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb. Bu barədə "Olaylar"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirlib ki, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Ucar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı F.M-nin (qız) sinif yoldaşı L.B (qız) tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirməsi barədə məlumat yayılıb. Bildirilib ki, bu hadisədən sonra F.M intihara cəhd edib və bilək nahiyəsini kəsib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31