Həyat yoldaşını qətlə yetirən qadın saxlanıb
31 Yanvar 2022 10:50 KriminalÖtən gün Hövsan qəbəsində 32 yaşlı Elşən Hadızadənin öldürülməsi ilə bağlı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə şübhəli şəxs qismində saxlanılıb. Suraxanı rayon Prokurorluğundan "Olaylar"a verilən məlumata görə, E.Hadızadə yaşadığı evdə kəsilmiş-deşilmiş yaralar almış şəkildə tapılıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb. Rəsmi məlumata görə, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb. Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb. Məlumata görə, Hadızadə ailəsinin iki azyaşlı övladı var.