Bakıda avtomobildən 11 min manat oğurlandı
25 Yanvar 2022 19:01 KriminalBakıda avtomobildən külli miqdarda pul oğurlanıb.
Olaylar.az bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də Lökbatan qəsəbəsinin ərazisində "Ford" markalı avtomobildən 11.000 manat pul oğurlamaqda şübhəli bilinən Samux rayon sakini M.Seyidov müəyyən edilərək saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31