Bakıda dəhşət: Uşaqlarını görməyə gedən şəxs döyülərək öldürüldü
24 Yanvar 2022 16:10 KriminalBakıda uşaqlarını görmək istəyən şəxs döyülərək öldürülüb.
Bu barədə oxu.az-a mərhumun qardaşı Elşən Atakişiyev məlumat verib.
O bildirilib ki, qardaşı bu gün vəfat edib:
"Qardaşım - 1979-cu il təvəllüdlü Atakişiyev Ramil Mobil oğlu yanvarın 19-da uşaqlarını görmək üçün keçmiş həyat yoldaşının evinə gedib. Orada isə naməlum şəxs tərəfindən döyülüb.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb".
Mərhumun iki övladı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31