H.Z.Tağıyevin heykəlinə zərər vuranların adları açıqlandı - FOTO

Tağıyevin heykəlinə zərər vuranların adları açıqlanıb. 

Olaylar.az bildirir ki, DİN Mətbuat Xidmətindən bildirilib ki, bununla əlaqədar Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər - 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.  

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.  

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31