Azərbaycanda icra nümayəndəsinin asılmış meyiti tapıldı

Tovuzda intihar hadisəsi baş verib.

Olaylar.az APA-ya istinadən bildirir ki, rayonun Göyəbaxan kəndinin icra nümayəndəsi, 1970-ci il təvəllüdlü Barat Məhərrəmov yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31