Bakıda məktəbli bıçaqlanıb
10 Yanvar 2022 23:45 Kriminal162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb. Hadisə dərsdən sonra baş verib.
Olaylar.az bildirir ki, məktəbdən Trend-ə verilən məlumata görə, şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.
Şagird hazırda xəstəxanadadır, əməliyyat olunub, vəziyyəti ağır-stabildir.
Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31