Bakıda oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb
8 Yanvar 2022 19:46 KriminalBakıda oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.
DİN Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarovun Trend-ə veridyi məlumata görə Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.
Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31