Sumqayıtda qəribə oğurluq - FOTO
3 Yanvar 2022 18:44 KriminalSumqayıt qəbiristanlığında oğurluq hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, bununla bağlı məlumat və fotofaktlar sosial şəbəkədə paylaşılıb.
Vətəndaşların iddialarına görə Sumqayıtda 42-ci məhəllə adlanan ərazinin yaxınlığında yerləşən qəbiristanlıqdan dəmir qapılar sökülərək oğurlanıb. Məsələdən narahat olan vətəndaşlar bununla bağlı aidiyyəti quruma müraciət ediblər. Onlar oğurluq hallarının qarşısının alınması məqsədilə zəruri nəzarət tədbirlərinin gücləndirilməsini tələb ediblər.
Mənbə: oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31