24 yaşlı azərbaycanlı qız ərəbin 277 minini aldı
25 Dekabr 2021 19:18 KriminalBirləşmiş Ərəb Əmirlikləri vətəndaşı Bakıda 24 yaşlı qızın ondan 300 min manata yaxın pul alaraq mənimsədiyini bildirib.
Olaylar.az xəbər verir ki, BƏƏ vətəndaşı, 1977-ci il təvəllüdlü Ahmed Abdulla Mohammed Alaqbaş Alhebsi bu barədə polisə müraciət edərək məlumat verib.
Onun sözlərinə görə, 2019-cu ilin fevralından 2021-ci ilin iyuluna kimi Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü S.Ə.yə 277 min manat pul verib.
Alhebsi ərizəsində bildirib ki, S.Ə. onu müxtəlif vədlərlə aldararaq pulu geri qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31