Bakıda gənc oğlan və qız faciəli şəkildə öldü

Bakıda daha iki nəfər dəm qazından boğularaq ölüb.

Olaylar.az-ın  məlumatına görə, paytaxtın Yasamal rayonu ərazisində 21 yaşlı Heydər Heydərzadə yaşadığı evin hamamında dəm qazından boğulub.

Bundan başqa, Yasamal rayonu 1-ci Alatava yaşayış massivində yaşayan 18 yaşlı Aysel Məmmədli yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31