140 cinayət işinə xitam verilib
23 Dekabr 2021 13:34 KriminalXəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Baş Prokurorluqdan "Olaylar" a verilən məlumata görə, bu günün rəqəmi 140-dır. Belə ki, 2021-ci ilin dekabr ayının 1-dək prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən 140 şəxs barəsində amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilmişdır. Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31