Ağdaşda birmərtəbəli ev yanıb

Ağdaş rayonunun Cardam kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Olaylar.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evə bitişik talvar və tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31