Pirotexniki və tezalışan maddələr satan Masallı sakini aşkarlanıb
22 Dekabr 2021 18:36 KriminalƏhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər davam etdirilir.
Olaylar.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini Elçin Hacıyevin Masallı şəhəri ərazisində yerləşən özünə məxsus mağazada gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışını təşkil etdiyi müəyyən edilib. Həmin mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkarlanaraq götürülüb.
Faktla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.