Azərbaycan həbsxanasında daha bir ölüm
22 Dekabr 2021 12:15 KriminalAzərbaycanda daha bir məhkum həbsdə öldü.
Olaylar.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müsəssisəsində qeydə alınıb. Orada müalicə alan məhkum Arif Əmişov vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.
Məhkumun ölümünün dəqiq səbəbləri təyin olunmuş tibbi ekspertizadan sonra məlum olacaq.Qeyd edək ki, bu, son vaxtlar qeydə alınan 8-ci məhkum ölümüdür.
(olke.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31