Qanunsuz saxlanılan silah-sursat aşkar edilib
21 Dekabr 2021 16:05 KriminalPolis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 20-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 9 ədəd ov tüfəngi götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31