Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əlməmmədov saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, şəxsi axtarış zamanı ondan metamfetamin və heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31