Baş çavuş xidmət zamanı öldü
10 Dekabr 2021 14:02 KriminalOlaylar.az xəbər verir ki, dekabrın 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə qəfil dünyasını dəyişib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin rəsmi saytında məlumat yayılıb.
İlkin ehtimala əsasən, ürəktutmasından halının pisləşdiyi bildirilib.
Onun Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılmasına baxmayaraq, hərbi qulluqçu yoldaca dünyasını dəyişib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31