Narkotik vasitə aşkarlandı
8 Dekabr 2021 15:31 KriminalQərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. "Olaylar" xəbər verir ki, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, üzərində olan gödəkçənin cibindəki sellofan torbadan qablaşdırması ilə birgə ümumi çəkisi 36 qram olan narkotik vasitə - marixuana aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31