Qubada əl qumbaraları tapılıb

Quba rayonu ərazisində 3 ədəd F-1 əl qumbaraları aşkarlanıb.

Olaylar.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə Quba-Xınalıq yolunun Qırız Dəhnə kəndi ərazisindən keçən hissəsində 3 ədəd F-1 əl qumbaralarının olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı əl qumbaralarını aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31