Azərbaycanda dərs zamanı CİNAYƏT: 5-ci sinif şagirdi BIÇAQLANDI
3 Dekabr 2021 13:21 KriminalAğstafada bıçaqlanma hadisəsi baş verib.
Hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.
2010-cu il təvəllüdlü Bayramov Orxan Habil oğlu döş qəfəsinin bıçaqlanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
O, məktəbdə 5-ci sinif şagirdi olan Əli adlı şəxs tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.
Faktla bağlı araşdırmalara başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31