Bakıda ikimərtəbəli evdə partlayış olub

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli mansarda tipli evin 1-ci mərtəbəsinin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.

Olaylar.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, partlayış dalğasının təsirindən evin plastikdən ibarət pəncərə çərçivələri qismən dağılıb. Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31