Paytaxtda quldurluqla məşğul olan dəstə ifşa edilib

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində quldurluqla məşqul olan dəstə saxlanıb.

DİN-dən "Olaylar"a bildirilib ki, saxlanmış dəstə üzvləri A.Musayevin, A.Məmmədovun, N.Rəhimlinin və S.Ovçiyevin ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların noyabrın 14-dən 18-dək olan müddətdə "Qanlı Göl" adlanan ərazidə Bakı şəhər sakinləri Q.Nuriyevə, İ.İsmayılzadəyə, E.Hüseynova və Ordubad rayon sakini E.Əsgərliyə zor tətbiq edərək pul, qolbaq, qulaqcıq, gümüş boyunbağı almaları da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31