Göyçayda ağır yol qəzası, ölənlər var
20 Noyabr 2021 22:10 KriminalGöyçay rayonunun Xəlitli kəndində "Mercedes" və 2 ədəd "VAZ" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31