Bu gün Bakının Sabunçu rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində yanğın olub.
Zabrat qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində avtomobildə yanğın başlayıb. Mühərrik hissəsində başlayan yanğın avtomobilin salonuna keçib. Operativ müdaxilə nəticəsində yanğının genişlənməsi və YDM-a keçməsinin qarşısı alınıb.