ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü - FOTO

Bu gün Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Babayev Vaqif Əlizad oğlu Zəngilanın Bartaz qəsəbəsi ərazisində minaya düşüb.

Qafqazinfo-nun məlumatına görə, hadisə günorta saatlarında baş verib.

Minaya düşən 1972-ci il təvəllüdlü ANAMA əməkdaşının vəziyyətinin ağır olduğu bildirilir. O, Bakıya xəstəxanaya çatdırılıb. Məlumata görə, Vaqif Babayev ANAMA-da qrup rəhbəridir.

Hüquq-mühafizə orqanlarından   faktı təsdiqləyiblər.

Mənbə: qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31