Salyanda mikroavtobus yanıb

Salyanda mikroavtobusda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, rayonun Qarabağlı kəndində "ГАЗел" markalı mikroavtobusun yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31