Dövlət Komitəsindən intihar edən yeniyetmə ilə bağlı AÇIQLAMA

Cəlilabadda rayonununda yeniyetmənin intihar etməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bunu Ölkə.Az-a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

"Bununla bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya rəsmi müraciət olunub. Faktın araşdırılmasına başlanılıb. 
Prokurorluqda məsələ ilə bağlı cinayət işi açılıb", - deyə o söyləyib.

Qeyd edək ki, ötən gün Cəlilabadın rayonun Qarazəncir kəndində 14 yaşlı qız özünü asaraq intihar edib. 
Hadisənin səbəbi hələlik məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31