Hacıqabul sakininin üzərində 40 ədəd metadon aşkar edilib

Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a bildirilib ki, onun  Hacıqabul rayon sakini, əvvəllər məhkum olunan 28 yaşlı Nihad Cavadzadə olduğu müəyyən edilib. N.Cavadzadə tutularaq istintaqa cəlb edildi. Onun üzərindən heroin, metamfetamin və 40 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31