Nəsimi rayonunda qadın intihara cəhd edib - VİDEO
30 Oktyabr 2021 18:54 KriminalBu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində qadın özünü avtomobil yoluna ataraq intihara cəhd edib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən açıqlama verilib.
Bildirilib ki, qadın ictimai asayişi pozduğuna görə ona xırda xuliqanlıq maddəsi ilə protokol tərtib ediləcək.
Qeyd olunub ki, hadisə zamanı qadın sərxoş olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31