Nərimanov rayonu ərazisində yanğın baş verib

Bakı şəhərinin Nərimanov rayonu ərazisində (Atatürk prospekti) baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinə bitişik, ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Ev yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31