İlahiyyatçı Sərdar Babayevlə ayətullah Əli Əkbər Xamneyini nə birləşdirir?

Bakı Apellyasiya Məhkəməsində şiə ilahiyyatçı Sərdar Babayevin həbsindən şikayətə baxılıb. Şikayət təmin edilməyib.

Bu barədə oktyabrın 28-də vəkil Cavad Cavadov məlumat verib. 

Vəkilin sözlərinə görə, Babayev ona qarşı irəli sürülən dövlətə xəyanət ittihamını rədd edir və onu siyasi motivli hesab edir.

"O, özünü son zamanlar qonşu dövlətlə (İran) gərgin münasibətlər fonunda aparılan repressiyaların qurbanı hesab edir", vəkil - "Feysbuk" hesabında yazıb.

"Turan"ın məlumatına görə, Babayev oktyabrın 19-da saxlanılıb. Sonradan məlum olub ki, ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

"Azərbaycanın din xadimləri" birliyinin üzvü, ilahiyyatçı Cəlal Şəfiyev bildirib ki, Babayevin həbsinin əsl səbəbi "maide.az" saytında İranın ali dini lideri, ayətullah Əli Əkbər Xamneinin çıxışlarının və kitablarının dərcidir.

Bundan əlavə, Babayev müctəhid (islamda dini məsələlər üzrə şərhə icazə verən ali dərəcə) kimi müəyyən dini məsələlərin yerinə yetirilməsi üçün şəxsən Xamneyidən icazə alıb.

Son  həftə ərzində daha bir neçə şiə ilahiyyatçı qısamüddətli həbslərə məruz qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31