Şəmkirdə yeznə və qayın bir-birini BIÇAQLADI

Şəmkir rayonunda qohumlar arasında bıçaqlanma hadisəsi qeydə alınıb.

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Nemət Hüseynov bacısının həyat yoldaşı, 1982-ci il təvəllüdlü Ədalət Rəhimova bıçaqla xəsarət yetirib. Dava zəminində Ə.Rəhimov da N.Hüseynovu bıçaqlayıb.

Hadisə zamanı Ədalət Rəhimovun 14 yaşlı oğlu Murad Rəhimov da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31