Bank kartını oğurlayaraq hesabdakı pulu mənimsədi
22 Oktyabr 2021 14:14 KriminalBərdə rayon sakininin bank kartını oğurlayaraq hesabdakı pulu mənimsəyən şəxs ələ keçib. DİN-dən "Olaylar"a bildirilib ki, Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 9-da Bərdə rayon sakini Ə.Mahmudlunun bank kartını oğurlayaraq hesabından 300 manat pulunu çıxarmaqda şübhəli bilinən Ağdam rayon sakini V.Məmmədov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31