Sosial şəbəkədəki paylaşımlarına görə qohumunu öldürdü-FOTO
22 Oktyabr 2021 11:13 KriminalAntalyada 28 yaşlı gənc sosial şəbəkədəki paylaşımlarına görə mübahisə edərək evinə gələn uzaq qohumu Erdoğan Öztürkü balkondan ov tüfəngi ilə öldürüb.
Olaylar.az xəbər verir ki, Yiğit A.A. ailəsi ilə uzaq qohumluq əlaqəsi olan Ərdoğan Öztürklə sosial şəbəkədəki paylaşımlarına görə mübahisə edib. Mübahisədən sonra Ərdoğan Öztürk Yiğit A.A-nın evinə gəlib. Ərdoğan Öztürk ilə Yiğit A.A evin qarşısında mübahisə edib. Yiğit A.A evinin ikinci mərtəbədəki eyvanına çıxaraq Öztürkün maşınına ov tüfəngi ilə təxminən 30 metr məsafədən atəş açıb. Silah səslərini eşidənlər hadisəni 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Xəbərdarlıq üzərinə hadisə yerinə polis və sağlamlıq qrupu göndərilib. Sağlamlıq qrupları tərəfindən edilən araşdırmada Öztürkün öldüyü təyin olundu.
![]()
![]()
Yiğit A.A.-nın çox sayda cinayət qeydinin olduğu öyrənilib. Yiğit A.A-nın hədələmə, təhqir etmə, xəsarət yetirmə, oğurluq, saxtakarlıq, narkotik maddə istifadəsi, ticarəti və saxlama qeydinin olduğu öyrənilib.